Son dəqiqə

Rusiya Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 115 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq, 22 milyon 1 min 12 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 115 milyon 841 min 40 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər