Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

May ayında Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz azalaraq, 43 milyon 689 min 64 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq, 188 milyon 266 min 1 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyard 832 milyon 941 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 504 milyon 857 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 16 milyard 372 milyon 120 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər