Son dəqiqə

Türkiyə limanları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi xam neft Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər 2024 və 2025 Türkiyə limanları statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyə limanları ilə 9 milyon tondan çox xam neft daşınıb (ÖZƏL)

Bakı, TurkicWorld

Bu ilin yanvar- aprel ayında Türkiyə limanlarından 9 milyon 715 min 884 ton xam neft daşınıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 956 min 659 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 759 min 225 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- aprel ayında Türkiyə limanlarından tranzit olaraq 9 milyon 636 min 249 ton xam neft daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyə limanları 33 milyon 122 min 363 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 278 min 945 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 843 min 418 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 445 min 377 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanları 138 milyon 887 min 172 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 9 milyon 781 min 974 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 129 milyon 105 min 198 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanlarından 22 milyon 310 min 951 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə limanları 4 min 763 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 614, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 149 olub.

2025-ci ilin yanvar - aprel ayında Türkiyə limanları 18 min 37 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 818, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 279 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər