Son dəqiqə

İslam İnkişaf Bankı Əlcəzair

ICIEC və Credendor iri ticarət əməliyyatları üçün risklərin bölgüsü üzrə yeni sxemlər hazırlayır

Bakı, TurkicWorld

2025-ci ildə Əlcəzairdə keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) İllik Toplantıları çərçivəsində şəriət normaları əsasında fəaliyyət göstərən və İİB-nın tərkibinə daxil olan İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) ilə "Credendo" sığorta hovuzu arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.

Bu barədə TurkicWorld -in xüsusi müxbiri xəbər verir.

Memorandum, risklərin bölgüsü üzrə yeni sxemlərin hazırlanması hesabına kredit risklərinin sığortalanması və təkrar sığortalanması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müəyyən edir. Bu isə ICIEC-ə üzv dövlətlərdə fəaliyyət göstərən transmilli korporasiyalar üçün daha iri ticarət əməliyyatlarının həyata keçirilməsinə imkan yaradacaq.

Sənəd həmçinin, birgə underraytinq potensialının gücləndirilməsini, risklərin birgə bölüşdürülməsi modellərinin tətbiqini və məxfilik qaydalarına riayət edilməklə, hüquqi məcburiyyət yaratmadan birgə işçi qrupunun yaradılması vasitəsilə əlaqələndirmənin rəsmiləşdirilməsini nəzərdə tutur.

Mövzuya görə xəbərlər