Son dəqiqə

əmlak bazarı Qazaxıstan Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Qazaxıstanlıların Türkiyədə əmlak alışı azalıb – Son statistikalar (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-aprel aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 178 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 129 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Qazaxıstan vətəndaşları Türkiyədə 37 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 20 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyədə 118 min 359 mənzil satın alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 56,6 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyədə 454 min 145 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara min 440 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 18 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azdır.

Mövzuya görə xəbərlər