Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Misirə elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz azalaraq, 17 milyon 685 min 79 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq, 58 milyon 647 min 47 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb, 4 milyon 791 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 481 min 583 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 716 min 527 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər