Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Misirə kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Misirə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,6 faiz azalaraq 44 milyon 385 min 43 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Misirə kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz azalaraq, 170 milyon 687 min 35 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər