Son dəqiqə

Azərbaycan Türkiyə Rəşad Əhmədov Mehmet Akif Eroğlu

Azərbaycan və Türkiyə "Yaşıl Kart" sisteminin inteqrasiyası barədə protokol imzalayıb (FOTO)

Martın 14-də Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında "Yaşıl Kart" sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.

TurkicWorld-un məlumatına görə, sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov və Motorlu Taşıt Bürosunun direktoru Mehmet Akif Eroğlu imzalayıb.

Qeyd olunur ki, protokol Azərbaycanla Türkiyə arasında sərhəd məntəqələrinin keçidi prosedurunu sadələşdirəcək və sürətləndirəcək, eləcə də saxta sənədlərin istifadəsinin qarşısının alınmasına xidmət edəcək.

Bundan başqa, sistemin inteqrasiyasından sonra "Yaşıl Kart" sığorta polislərinin satışı və əldə olunması proseduru sadələşdiriləcək.

Mövzuya görə xəbərlər