Son dəqiqə

Misir 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı Türkiyə polad ixrac həcmi

Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz azalaraq 41 milyon 706 min 39 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Misirə polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq,70 milyon 466 min 85 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,2 faiz artaraq, 2 milyon 493 min 484 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 242 min 480 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər