Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası

Türkiyədən Qazaxıstana tekstil ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 6 milyon 405 min 45 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq, 13 milyon 37 min 39 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq, 5 milyon 979 min 540 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 2 milyon 980 min 748 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 32 milyon dollar məbləğində tekstil ixrac edib.

Mövzuya görə xəbərlər