Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Azərbaycana avtomobil ixracında azalma qeydə alınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Azərbaycana avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalaraq, 93 milyon 627 min 97 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 9 milyon 987 min 86 dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 37 milyard 211 milyon 661 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər