Son dəqiqə

Türkiyədə tender

Türkiyə bələdiyyəsi bitum satın alacaq

Bakı,TurkicWorld

Türkiyənin Ortahisar bələdiyyəsi min 150 ton bitum alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İdarə alınacaq bitumun təslimat tarixini daha əvvəlcədən bildirəcəkdir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 7 yanvar 2025-cü il tarixinə qədər “Hizmet Binası Destek Hizmetleri Müdürlüğü K:3 No:104 Ortahisar/Trabzon” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Mövzuya görə xəbərlər