Son dəqiqə

Türkiyədə tender

Samsun bələdiyyəsi inşaat ləvazimatları alacaq

Bakı,TurkicWorld

Samsun bələdiyyəsi polad zavodunda istifadə etmək üçün inşaat ləvazimatları satın alacaq.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tenderdə toplam min 500 ton "Dəmir çubuq" satın alıncaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 31 dekabr 2024-cü il tarixinə qədər “Yeşildere Mah. Ankara Bul. Samsun-Ankara Karayolu 1. km Atakum/Samsun” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir

Mövzuya görə xəbərlər