Son dəqiqə

Latviya

Latviya şirkətlərinin Azərbaycanda fəaliyyətə marağı təxminən 30 faiz artıb

Bakı, TurkicWorld

Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə marağı təxminən 30 faiz artıb.

TurkicWorld xəbər verir ki, bunu Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçeva Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.

"Bu göstərici təkcə maraq göstərən şirkətləri deyil, artıq Azərbaycanla biznes fəaliyyəti həyata keçirən şirkətləri də əhatə edir. Bu, hər iki ölkənin şirkətləri üçün mühüm siqnal olmaqla yanaşı, əla nəticədir.

Xüsusilə yüksək əlavə dəyərli sektorlar — informasiya texnologiyaları, təhsil və yaşıl texnologiyalar sahələrində əməkdaşlığımızı genişləndirmək üçün böyük potensialın mövcud olduğunu göstərir.

Bununla yanaşı, qida sənayesi, turizm və digər ənənəvi sahələrin əhəmiyyətini də vurğulamaq istəyirəm", — deyə Liqa Siçeva qeyd edib.

Mövzuya görə xəbərlər