Son dəqiqə

COP29

COP29-da Yaşıl tikinti və binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq mövzusunda Dəyirmi Masa keçirilir

Bakı, TurkicWorld

COP29-da Yaşıl tikinti və binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq mövzusunda Yüksək Səviyyəli Dəyir Masa keçirilir.

TurkicWorld xəbər verir ki, tədbir COP29 Prezidentliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT), BMT-nin ətraf mühit proqramının (UNEP) təşkilatçılığı ilə baş tutur.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər