Bakı, TurkicWorld
2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Almaniyaya xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 109 milyon 455 min 28 dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə Almaniyaya 11 milyon 405 min 65 dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 2 milyard 360 milyon 731 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 274 milyon 570 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə heç dəyişməyib.” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon 39 min dollar məbləğində xalça məhsulları ixrac edib.