Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin xalça məhsulları ixracı cüzi artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyard 620 milyon 234 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 259 milyon 878 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,6 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 2 milyard 875 milyon 693 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər