Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi sement

Türkiyənin sement ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər