Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq, 1 milyard 416 milyon 716 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 116 milyon 680 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 1 milyard 532 milyon 239 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər