Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən İrana sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən İrana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 43,2 faiz azalaraq, 9 milyon 557 min 87 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə İran 731 min 97 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 37,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3,3 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 377 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,4 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 4,3 milyon dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər