Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Qazaxıstana sement ixracı artıb(ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, 9 milyon 328 min 51 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Qazaxıstana 668 min 76 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 17,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3,3 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 377 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,4 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 4,3 milyon dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər