Son dəqiqə

COP29

COP29 problemlərin həlli yollarını tapmaq üçün çox vacib fürsətdir - Nasar Hayat

Bakı, TurkicWorld

COP29 problemlərin həlli yollarını tapmaq və qlobal səviyyədə bu problemləri necə həll etməyimiz, həll yollarına necə sərmayə qoyduğumuz, hər kəsə hansı texnologiyanı gətirməli olduğumuz barədə razılığa gəlməyimiz üçün çox vacib bir fürsətdir.

Bu barədə TurkicWorld-ə özəl açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat deyib.

O qeyd edib ki, su çox sayda insan üçün vacib həyat və dolanışıq mənbəyidir.

"Əslində, heç birimiz üçün susuz həyat yoxdur. Biz sudan danışırıq, suyun səmərəliliyindən danışırıq. Su səmərəliliyi dedikdə nəyi nəzərdə tuturuq? Su səmərəliliyi az su istifadə etməklə eyni və ya daha çox miqdarda qida və ya hər hansı digər məhsul istehsal etməkdir. Hamımızın nəzərdən keçirməli olduğu çox vacib bir məsələdir odur ki, biz kənd təsərrüfatında sudan necə istifadə edirik.

Ona görə də biz bu məsələlərə başqa prizmadan baxmalıyıq. COP29 bunun üçüm əhəmiyyətli bir platforma olacaq. Biz suya bəşəriyyət olaraq sahib olduğumuz ən qiymətli sərvətlərdən biri kimi baxmalıyıq və təkcə özümüz istifadə etməməliyik, həm də onu gələcək nəsillərimiz üçün qoruyub saxlamalıyıq",- deyə o bildirib.

Mövzuya görə xəbərlər