Bakı, TurkicWorld
İqlim dəyişmələri problemlərinin təhlilindən iqlim dəyişmələrinin qarşısını almaq üzrə aktiv tədbirlərə keçmək vaxtıdır.
TurkicWorld xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının köməkçi icra orqanının (SBI) sədri Nabil Munir Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.
"Paris İqlim Dəyişmələri sazişinə üzv ölkələr milli iqlim planlarını, şəffaflıq hesabatlarını, iqlim dəyişmələrinə uyğunlaşma planlarını yeniləyirlər. Pre-COP29-da bu məsələlər müzakirə olunacaq. Mən hesab edirəm ki, artıq dünya üçün elmi tədqiqatlardan və təhlildən konkret fəaliyyətlərə keçmək vaxtıdır. Yenilikçi yanaşmalar buna kömək edəcək və bu anlayış qarşıdakı COP29-da bütün məsələlərin müzakirəsi zamanı öz əksini tapacaq", - N.Munir vurğulayıb.
Qeyd edək ki, Pre-COP adətən COP-dan bir ay əvvəl keçirilir və Paris İqlim Sazişinin iştirakçılarının iqlim dəyişmələrinə ilə mübarizə üzrə əsas məsələlərdə mövqelərini dəqiqləşdirmək məqsədi daşıyır.
Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.