Son dəqiqə

Bakı Fond Birjası (BFB)

Bakı Fond Birjası rebrendinq edib

Bakı, TurkicWorld

Bakı Fond Birjası (BFB) QSC rebrendinq edib.

TurkicWorldxəbər verir ki, bu barədə mətbuat konfransının əvvəlində Bakı Fond Birjası (BFB) məlumat yayıb.

Birjanın açıqlamasına görə, dəyişikliklər yalnız yeni loqotipdə deyil, həm də bu ilin yazında təsdiq olunmuş yeni strateji təşəbbüslərində, xüsusən bazar iştirakçıları ilə əlaqələrdə əks olunub.

"Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə qarşılıqlı əlaqələrinin daha şəffaf və etibarlı olmasını məqsəd qoyur. Bu münasibətlər, eyni zamanda, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırır və yerli bazarda yeni imkanlar açır", - birjanın məlumatında qeyd edilib.

Dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, eləcə də, tədbirdə iştirak edən xarici fond birjalarının nümayəndələri, Bakı Fond Birjasının bu mühüm addımını dəstəkləyərək, BFB-nin kapital bazarının inkişafında vacib rol oynadığını bildiriblər.

Bakı Fond Birjasının, demək olar ki, 30 illik fəaliyyət təcrübəsi ilə ölkənin kapital bazarına töhfə vermək məqsədinin, maliyyə bazarları ilə bağlı məlumatları geniş auditoriyaya daha tam və əlçatan şəkildə təqdim etmək olduğu vurğulanıb. Bu yanaşma, birjanın bazar iştirakçıları və cəmiyyət arasında şəffaf və davamlı məlumat mübadiləsini yeni səviyyəyə qaldırmağı hədəfləyir.