BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
TurkicWorld xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlayıb, 10 təqvim günü davam edəcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"KƏPƏZ BOKT" MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2012020809 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
İllik gəlirlilik faizi |
15% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir. |
|
Tədavül müddəti |
24 ay |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“Troni İnvestisiya Şirkəti” QSC |





