Bakı, TurkicWorld
Bakı şəhərində " Qara dəniz-Xəzər logistika 2024: dəhlizlər, yüklər, infrastruktur" beynəlxalq konfransı keçirilir.
TurkicWorld xəbər verir ki, konfrans çərçivəsində əsas müzakirə mövzuları aşağıdakılardır:
- Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta dəhliz) inkişafı üçün yeni imkanlar,
- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit məkanı kimi potensialı,
- Qazaxıstan və Gürcüstan üzərindən tranzit, nəqliyyat marşrutunun həyati əhəmiyyəti,
- Türkiyənin logistika infrastrukturunun inkişafı,
- Qazaxıstan və Ukraynadan taxıl və yağ bitkilərin ixracı,
- gübrələrin idxalı: əsas tədarükçülər və marşrutlar,
- yük axınının artmasında konteynerləşdirmə faktoru,
- regiondakı dəniz limanlarının və terminalların inkişafı; yeni yüklərə uyğunlaşma,
- hüquqi məsələlərdə yeni tendensiyalar və risklərin sığortalanması.
Xəbər yenilənəcək