Son dəqiqə

Braziliya anlaşma memorandumu

Azərbaycan Braziliya ilə kənd təsərrüfatı sahəsində memorandum imzalayıb

Bakı, TurkicWorld

Braziliya Federativ Respublikası ilə kənd təsərrüfatı sahəsində ilk Anlaşma Memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində həmkarım Carlos Favaro ilə keçirilmiş ikitərəfli görüş nəticəsində kənd təsərrüfatı sahəsində imzalanmış memorandum ölkələrarası mövcud dostluq əlaqələrini daha da genişləndirməsinə xidmət edəcək.

Memorandum özündə elmi və texnoloji yeniliklərin, ekspertlərin, mütəxəssislərin mübadiləsini, birgə müəssisələrin, investisiyaların və digər əməkdaşlıq formalarının təşviqini ehtiva edir. İmzalanmış memorandumun ölkələrarası ticarət və aqrobiznes investisiyalarının təşviqinə mühüm töhfə verəcəyinə inanırıq", - nazir qeyd edib.

Mövzuya görə xəbərlər