Son dəqiqə

Türkiyə Ticarət nazirliyi polad

Türkiyənin son 12 ayda polad ixracı 16 milyard dollara çatıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 10 milyard 754 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 15 milyard 951 milyon dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər