Son dəqiqə

Muxtar Babayev COP29

Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir - Nazir

Bakı, TurkicWorld

İqlim dəyişmələri ölkəmizə də təsirsiz ötüşmür. Bu təsirlər yalnız mütəxəssislər tərəfindən deyil, artıq hamı tərəfindən sadə gözlə müşahidə edilməkdədir. İqlim dəyişmələri kənd təsərrüfatı, su ehtiyatları, meşə, biomüxtəliflik, səhiyyə və turizm və digər sahələrə təsir göstərir. Sahilyanı ərazilərə təsiri xüsusi qeyd etmək lazımdır. Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Bunun səbəbləri həm, antropogen və həm də texnogen təsir daşıyır.

TurkicWorld xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə keçirilən "Hüquq və iqlim" (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"İqlim dəyişmələrinin təsiri artdıqca qanunvericiliyin rolu daha da artır. Hüquq sistemləri yalnız emissiyaların azaldılmasını təmin etməklə kifayətlənməməli, iqlim dəyişmələrinin təsirlərindən ən çox əziyyət çəkən icmaların hüquqlarının qorunmasına yönəldilməlidir. Hüquq sistemlərimizin iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli, ən əsası iqlimə həssas olanların hüquqlarını qorumalıdır.

Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq hüquq iqlim dəyişmələri ilə mübarizədə ən güclü vasitələrdəndir. Bir çox ölkə məhkəmələrində iqlim dəyişikliyi ilə bağlı məsələlərə baxılır və qərarlar çıxarılır", - deyə nazir əlavə edib.

Mövzuya görə xəbərlər