Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz arataraq, 7 milyon 430 min 10 nəfər olub.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 5 milyon 604 min 934 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 1 milyon 825 min 76 nəfər təşkil edib.
2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 71 min 48 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 44 min 389 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 26 min 659 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 7 faiz artaraq, 56 min 490 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 41 min 881, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 14 min 609 olub.
Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.