Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 27,2 faiz artaraq 6 milyard 198 milyon 684 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 13 faiz artaraq, 38 milyard 686 milyon 835 min dollar olub.
“Bu ilin iyul ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 867 milyon 247 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 23 milyard 818 milyon 748 min dollar təşkil edib.
Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.
“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.