Son dəqiqə

Mikayıl Cabbarov Özbəkistan

Özbəkistanla imzalanmış sənədlərin mübadiləsi olub

Bakı, TurkicWorld

Özbəkistan - Azərbaycan biznes forumunda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin, Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi olub.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır".

Qeyd edək ki, Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.

Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək. Forum ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarının müzakirəsi platformasına çevriləcək.

Bundan əlavə, biznes forum çərçivəsində "Made in Azerbaijan" sərgisinin də keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər