Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi polad

Türkiyənin Özbəkistana polad ixracı 44 milyon dolları ötüb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Özbəkistana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 68,8 faiz artaraq, 44 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyul ayında Türkiyə Özbəkistana 7,1 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 62,5 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 9,3 milyard dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 15,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər