Bakı, TurkicWorld
Azərbaycan avtombil bazarında Çin avtomobilləri üçün ehtiyat hissə qıtlığı yaşanır.
Bunu TurkicWorld-a açıqlamasında avtomobil sektoru üzrə ekspert Elman Məmmədov deyib.
O qeyd edib ki, Çin istehsalı avtomobillər Azərbaycan bazarında yenidir.
“Çin istehsalı avtomobillər əksəriyyətlə maşın salonları tərəfindən gətirilərək əsasən kreditlə satılırdı. Lakin sonradan ölkəyə Çindən gətirilən avtomobillərin satışında və eləcə də idxalında durğunluq yaşandı”-deyə Məmmədov bildirib.
Ekspertin fikrincə Çindən Azərbaycana idxal edilən avtomobiilərin bir qismi əslində Çinin daxili bazarı üçün nəzərdə tutulub.
“Bu avtomobillərin bir çox funksiyaları ya işlək olmur, ya da kompütr panelində dil seçimi olmur. Bunlarla yanaşı istifadə edilən materialların keyfiyyəti çox aşağı səviyyədədir. Hətta eyni marka olan Çin istehsalı və Avropa istehsalı avtomobil bir-birindən olduqca fərqlənir”-deyə ekspert bildirib.
Ekspert onu da əlavə edib ki, hal-hazırda ölkə ərazisində Çin avtomobillərinin ehtiyat hissələri tapılmır. “Bu amil də Çin avtomobillərinin ölkdə yayılması önündə əngəllərdən biridir. Mətbuatda olan xəbərlərə görə, bir müştəri Çin istehsalı olan şəxsi maşını üçün rəsmi dillerdən 9 aydır ki, ehtiyat hissəsi gözləyir”-deyə o əlavə edib.
Ekspert onu da qeyd edib ki, Avropa istehsalçıları üçün hal-hazırda əsas problemlərdən biri də Çin Avtomobil sənayesidir. “Avropa 2050 - ci ilə qədər böyük daxili yanacaq müərriklərindən ibarət avtomabilərdən imtina edəcəyini demişdi. Lakin daha sonra bu fikirdən vaz keçildi. Fikrimcə bunun əsas səbəbi, Çin bazarının mövcudluğu və rəqabətdə onlara uduzma ehtimaldır. Çin bazarı bu dəqiqə ən böyük batareya istehsalçısıdır. Bu da onun üçün üstünlükdür və maya dəyərində rəqiblərini üstələyə bilər”-deyə o qeyd edib.
Ekspertin fikrincə hal-hazırda ölkədə elektomobillərlə bağlı narazılıq halları da artmağa başlayıb