Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi polad

Türkiyənin polad ixracı 9 milyard dolları ötüb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 9,3 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 15,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər