Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi polad

Yanvar-iyun aylarında Türkiyənin İrana polad ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin İrana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 27,6 faiz azalaraq, 20,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyun ayında Türkiyə İrana 2,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 47,1 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər