Son dəqiqə

gəmi qaz tədarükü

Əlcəzairdən yola düşən nəhəng LNG gəmisi iyulun 11-də Türkiyəyə çatacaq

Bakı, TurkicWorld

Əlcəzairin Arzew limanından yola düşən "Ouqarta" adlı mayeləşdirilmiş təbii qaz (LNG) gəmisinin iyulun 11-də Türkiyəyə çatması gözlənilir.

TurkicWorld xəbər verir ki, iyulun 7-də Əlcəzairdən ayrılan LNG gəmisi hal-hazırda Qərbi Aralıq dənizi sahillərində hərəkətə davam edir.

171 min 800 kubmetr tutumlu gəminin iyulun 11-də Marmara Ereğlisi LNG Terminalına yaxınlaşması planlaşdırılır.

Qeyd edək ki, Əlcəzair bayraqlı gəmi 2017-ci ildə tikilib.

Mövzuya görə xəbərlər