Son dəqiqə

Bolqarıstan

Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclasının yekunlarına əsasən protokol imzalanıb

Bakı. TurkicWorld :

Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına əsasən protokol imzalanıb.

TurkicWorld xəbər verir ki, sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, ətraf mühit, turizm, eləcə də elmi-texniki, humanitar və sosial sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Yekun protokolda ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb. Tərəflər iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın yeddinci iclasının gələn il Bolqarıstanda keçirilməsi barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər