Son dəqiqə

Türkiyə Gürcüstan Türkiyə Ticarət nazirliyi polad

Türkiyənin Gürcüstana polad ixracı artaraq 74 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Gürcüstana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq, 73,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Gürcüstana 17,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 43 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib. Bu analoji dövrlə müqayisədə 9,9 faiz azalma olduğunu göstərir.

Mövzuya görə xəbərlər