Son dəqiqə

Türkiyə Özbəkistan TOBB

Yanvar-aprel ayında Türkiyədə Özbəkistan kapitalı ilə 15-dən çox şirkət qeydiyyata alınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Özbəkistan kapitalı ilə 17 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 10,8 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,7 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 9,5 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Özbəkistan kapitalı ilə 5 inşaat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Mövzuya görə xəbərlər