Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi sement

Yanvar-aprel aylarında Türkiyənin sement məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 - aprel 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər