Son dəqiqə

Azərbaycan COP29

Asiya İnkişaf bankının prezidenti COP29-da iştirak edəcək

Bakı. TurkicWorld:

Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısının ilk günündə Azərbaycanın maliyyə naziri Samir Şərifov bir sıra ikitərərəfli görüşlər keçirib.

TurkicWorld xəbər verir ki, AİB-nin prezidenti Masatsuqu Asakava ilə görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı, xüsusilə nəqliyyat və dəmiryol layihələrində iştiraka dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, cari ildə Azərbaycanla Bank arasında əməkdaşlığın 25 illiyi qeyd olunacaq. Bankın prezidenti bu münasibətlə Azərbaycana səfər edəcəyini ifadə edib.

S.Şərifov böyük məmnuniyyətlə Masatsuqu Asakavanı noyabr ayında Bakı şəhərində keçiriləcək qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a Azərbaycan dövləti adından dəvət edib və dəvət qarşı tərəfdən qəbul olunub.

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə keçirilən görüşdə isə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, habelə beynəlxalq maliyyə təşkilatlarında əməkdaşlıq məsələləri müzakirə edilib.

S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 57-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə gürcü həmkarını təbrik edib.

Mövzuya görə xəbərlər