Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri ilə görüşüb

Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyimiz görüşdə iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə etdik.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

Görüşdə ikitərəfli ticarətin dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi, nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi müzakirə olunub.