Yanvar ayında Türkiyə İrana xalça ixracını artırıb (ÖZƏL)

Yanvar ayında Türkiyə İrana xalça ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ilin yanvar ayında İrana xalça ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıraraq 1,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 2,8 milyon dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,6 faiz artaraq, 239,5 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2,8 milyon dollara bərabər olub.

Aytac Süleymanova

Twitter: a_alieva_