Son dəqiqə

Fransa ABŞ BƏƏ

Dünyanın ən çox miqrant olan on ölkəsi açıqlanıb

Bakı. TurkicWorld:

Dünyanın ən çox miqrant olan on ölkəsi açıqlanıb,

Bu haqda TurkicWorld Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəsmi hesabatlarına əsasən məlumat verir.

Məlumat əsasən, dünyada ən çox miqrant olan ölkələr arasında birinci yerdə ABŞ dayanır. Belə ki, hal hazırda bu ölkədə 50.6 milyon miqrant yaşamaqdadır.

İkinci yerdə isə 15.8 milyon miqrantla Almaniya qərarlaşıb.

Qəribə olsa da üçüncü yerdə Səudiyyə Ərəbistanı Krallığıdır ki , burada miqrant sayı 13.5 milyon təşkil edir.

Dördüncü yerdə 11.6 milyon miqrantla Rusiya, beşinci yerdə 9.4 milyon miqrantla Böyük Britaniya qərarlaşıb. Sürətlə inkişaf etməkdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 8.7 milyon miqrantla altıncı sırada yer alır.

Miqrant sayına görə, Fransa 8.5 milyon miqrantla yeddinci, Kanada 8 milyon miqrantla səkkizinci sıradadır.

7.7 milyon miqrantla növbəti, doqquzuncu yerdə Avstraliya yer alıb.

10-cu yerdə isə 6.8 milyon miqrantla İspaniya qərarlaşıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər