Azərbaycanın vergi siyasətinin "yaşıl" təşəbbüsləri təşviq etməsi vacibdir - Muxtar Babayev

Azərbaycanın vergi siyasətinin "yaşıl" təşəbbüsləri təşviq etməsi vacibdir - Muxtar Babayev

Bakı. TurkicWorld:

Azərbaycanın vergi siyasətinin biznes müəssisələrini "yaşıl" təşəbbüsləri qəbul etməyə təşviq etməsi vacibdir.

TurkicWorld xəbər verir ki, bunu Bakıda "Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev deyib.

"Vergi islahatlarında ekoloji faktor hazırda bütün dünyada davamlı keçidi təşviq etmək üçün güclü iqtisadi alətə çevrilib. Vergi siyasətimizin biznesləri "yaşıl" təşəbbüsləri qəbul etməyə, davamlı enerji layihələrinə sərmayə qoymağa və təmiz texnologiyalar tətbiq edən, yaşıl inkişafı yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorları dəstəkləməyə təşviq etməsi vacibdir. Ekoloji cəhətdən təmiz təcrübələri qəbul edən bizneslərə vergi güzəştləri və stimullar verməklə biz daha yaşıl və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyə bilərik", - o deyib.