Bakı. TurkicWorld:
Konya şəhər bələdiyyəsi valilik binasının restavrasiyası üzrə tender elan edib.
Bu barədə TurkicWorld-a Elektron Dövlət Satınalmaları Platforması (EKAP) - dan bildirilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Binanın restavrasiyası üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 10 ay sonradır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 11 noyabr 2024-cü ildə “Melikşah Mh. Zühre Sk. No:12/1 42090 Meram/Konya” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.