Son dəqiqə

UNEC MÜSİAD Azərbaycan

MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan ilə UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və Gənc MÜSİAD Azərbaycan nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovu ziyarət edib.

Məlumata əsasən, görüşdə qarşılıqlı olaraq iki qurum fəaliyyətləri haqqında məlumat verib, gələcəkdə təhsil barəsində planlanan işlər müzakirə edilib.

Daha sonra Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin əsas göstəricilərindən biri olduğunu vurğulayaraq, UNEC2B platformasından, eləcə də bu istiqamətdə həyata keçirilən digər yeniliklərdən danışıb.
Rektor, həmçinin, dövlət və özəl sektorların sifarişləri ilə UNEC-in həyata keçirdiyi mini MBA proqramları, əməkdaşlar üçün təşkil olunan təlimlər, startap layihələri və s. barədə məlumat verib.

Görüş zamanı MÜSİAD Azərbaycan üzvlərinin mütəxəssisləri tərəfindən UNEC tələbələrinə masterclasslar, təlimlər və təqdimatlar keçirilməsi və UNEC müəllimləri tərəfindən dərnək üzvlərinə təlimlərin verilməsi barədə müzakirələr aparılıb.

Bundan əlavə, görüş çərçivəsində UNEC-in Start-Up mərkəzi ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, tələbələrin layihələrinə dəstək olmaq üçün görüşlər keçiriləcəyi bildirilib.

İki qurum arasında Universitet-Sənayə İş birliyi Komissiyasının qurulması barədə razılıq əldə olunub.

Görüşün sonunda Rəşad Cabirli rektor Ədalət Muradova plaket təqdim edib.

Mövzuya görə xəbərlər