Son dəqiqə

Azərbaycan Vətən müharibəsi Dövlət Gömrük Komitəsi Almaniya Alman-Azərbaycan Xarici Ticarət Palatası

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə növbəti görüş keçirilib

Oktyabrın 29-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib.

Dövlət Gömrük Komitəsindən TurkicWorld-a verilən məlumata görə, tədbirdə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində də aparılan modernləşdirmə layihələrinin beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını bildirib, təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” adlı məruzə ilə çıxış edib.

Komitə sədri ölkəmizdə son dövrlər Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə, o cümlədən gömrük sistemində sistemli-institusional və struktur islahatlarının aparıldığını bildirib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etməsi nəticəsində siyasi və sosial-iqtisadi sahədə yeni imkanlar yaranıb. Dövlət başçısı tərəfindən yeni çağırışlar nəzərə alınmaqla bütün dövlət qurumları üçün yeni hədəflər müəyyən olunub və yeni prioritetlər formalaşdırılıb. Belə həssas və çevik dəyişən şəraitdə isə dövlət qurumlarının özəl sektorla birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Mövzuya görə xəbərlər