Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Qırğızıstana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 63,5 faiz artıraraq 226,5 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Qırğızıstana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 8,1 faiz artıraraq 26,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
X: Lamanasadli01